e-MTK İdarəetmə Sistemi
Məqsədimiz, bina təsərrüfatının idarə edilməsi prosesində MTK, MMMC - nin işini daha da asanlaşdırmaq və şəffaflığı artımaq üçün əlavə imkanlar yaratmaqdır.
İllərin təcrübəsi, etibarlı həllər
Hər bir MTK, MMMC - yə fərdi yanaşma
İstədiyiniz funksionallıq, gözlədiyiniz keyfiyyət
Texniki dəstək və zəmanətlə tam təhlükəsizlik
Yenilikçi yanaşma, gələcəyə hazır platforma
Yaşayış yerindən arayış və digər sənədlərin avtomatik tərtib edilməsi
Sakinlərə kommunal borclar və digər SMS bildirişlərin göndərilməsi
İstək əsasında kommunal ödənişlərin terminal və onlayn ödənilməsi imkanı
MTK, MMMC - nin sakinlərə təqdim etdiyi xüsusi xidmətlərin idarə edilməsi
Mənzil Tikinti Kooperativlərinin, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətlərinin işinin tam optimallaşdırılması və asanlaşdırılması üçün lazım olan funksionallıqlar proqram təminatına əlavə edilmişdir.
Proqram təminatında MTK, MMMC - nin nəzarətində olan binalarda yerləşən mənzillərin, qeyri-yaşayış sahələrinin, sakinlərin, kirayəçilərin, qarajların, nəqliyyət vasitələrinin idarə edilməsi üçün funksionallıqlar əlavə edilmişdir.
Bina sakinlərinə məxsus mənzillərin, qeyri-yaşayış sahələrinin, nəqliyyat vasitələrinin idarə edilməsi.
Bina sakinlərinin, kirayəçilərinin, qeyri-yaşayış sahələrinin icarədarlarının məlumatlarının idarə edilməsi.
Bina təsərrüfatının davamlı fəaliyyətini təmin etmək, kommunal ödənişlərin vaxtında toplanması, xərclərə nəzarətin düzgün həyata keçirilməsi üçün lazımı funksionallıqlar proqram təminatına əlavə edilmişdir.
Sakinlər, icarədarlar tərəfindən ödənilməli kommunal və digər xidmətlər üzrə ödənişlərin qeydiyyatı, idarə edilməsi.
Bina təsərrüfatının saxlanması, genişləndirilməsi xərclərinin və digər maliyyə əməliyyatların idarə edilməsi.
MTK, MMMC rəhbərlərinin, idarəçilərinin E-MTK sistemi haqqında tez-tez ünvanladıqları sualları və bu sualların cavablarını sizinlə paylaşırıq.
Bəli - bu gün, artıq zərurətdir
İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə bina sakinləri, kirayəçilər və ödənişlərlə bağlı məlumatların hələ də kağız daşyıcılarda və ya qeyri effektiv üsullarla saxlanılması artıq zaman itkisinə, həm də ciddi risklərə yol açır.
Hər bir ödənişdən əvvəl borcun mexaniki ilə hesablanması, lazımi məlumatların tapılması və yoxlanılması saatlarla vaxt aparır. Bu yanaşma nə operativ, nə də etibarlı hesab oluna bilər.
Bizim əsas məqsədimiz, sistemin fasiləsiz və problemsiz işləməsini təmin edərək, sizin idarəetmənizin rahatlığını və etibarlılığını artırmaqdır.
Texniki dəstək xidmətləri tamamilə ödənişsizdir və aşağıdakı üstünlükləri təklif edir :
Siz də, platforma ilə bağlı yaranacaq hər hansı bir çətinlikdə bizimlə əlaqə saxlayaraq sürətli və effektiv həllər əldə edə bilərsiniz.
On-premises versiya : Bu versiyada sistem tamamilə sizin öz serverinizdə yerləşdirilir. Məlumatlar lokal olaraq saxlanılır və yalnız sizin təsdiqlədiyiniz şəxslər tərəfindən əldə edilə bilər. Bu seçim, məlumatların tamamilə sizin nəzarətinizdə və kənar müdaxiləyə qapalı olmasını təmin edir.
Cloud versiya : Cloud versiyasında isə məlumatlarınız təhlükəsiz və şifrələnmiş serverlərimizdə saxlanılır. Serverlərimiz, müasir təhlükəsizlik standartlarına tam uyğun olaraq qurulmuşdur və tam zəmanətlə qorunur. Bu yanaşma, məlumatların fasiləsiz olaraq əlçatan olmasını təmin etməklə yanaşı, onların da maksimum təhlükəsizliyini təmin edir.
Seçim sizindir – istər lokal (on-premises), istər bulud (cloud) həlli seçərək, hər iki halda da məlumatlarınız ən yüksək səviyyədə qorunacaqdır.
e-MTK proqram təminatı, MTK və MMMC-lərin gündəlik iş proseslərini asanlaşdırmaq üçün əsas funksionallıqları artıq özündə birləşdirir.
- Eyni zamanda, sistem modul əsaslı qurulmuşdur – bu da o deməkdir ki, ehtiyaclarınıza uyğun olaraq əlavə funksiyalar inteqrasiya edilə bilər.
- İstər xüsusi hesabatlar, istər yeni bildiriş sistemləri, istərsə də inteqrasiya modulları – siz deyin, biz əlavə edək!
e-MTK idarəetmə sistemi, müxtəlif digər proqramlar və xidmətlərlə asanlıqla inteqrasiya oluna bilən bir həll təqdim edir.
İstər ödəmə sistemləri (bank, terminal, onlayn ödəniş), istər SMS və e-mail xidmətləri, istərsə də rəsmi dövlət informasiya sistemləri
Sistem açıq API dəstəyi ilə təchiz edilib, bu isə gələcəkdə istənilən üçüncü tərəf xidmətləri ilə sürətli və təhlükəsiz əlaqə qurmağa imkan verir.
Dəstəklənən inteqrasiyalar :
Texnologiyalar sürətlə dəyişir, və e-MTK həlli bu dəyişikliklərə tam hazırdır, həmçinin daim yenilənir və inkişaf etdirilir.
Bəli, əlbəttə!
e-MTK platforması yalnız idarəçilər üçün deyil, sakinlərin də rahat istifadəsi üçün nəzərdə tutulmuşdur. Hər bir sakinə şəxsi kabinet təqdim olunur və bu panel vasitəsilə onlar aşağıdakı imkanlardan faydalana bilərlər :
Bu imkanlar, sakinlərə şəffaflıq, rahatlıq və qarşılıqlı etimad yaratmaq üçün mükəmməl şərait təmin edir. e-MTK ilə idarəetmə həm sadə, həm də effektiv olur.
Proqram təminatına mövcud olan funksionallıqlardan rahat istifadə etməyiniz üçün tələb edilən standartlar nəzərə alnmışdır.
Ödənişlər, xərclər, uzun müddət ödəniş etməyən sakinlar üzrə hesabatların rahat şəkildə əldə edilməsi, dərc edilməsi mümkündür.
Sakinlərə, kirayəçilərə aylıq ödənişlər, xatırlatmalar və digər məlumatlandırma SMS bildirişlərinin göndərilməsi mümkündür.
Texnoloji infrastrukturunuzdan, idarəçiliyinizdə olan bina sayından aslı olaraq CLOUD və ya ON-PREMISES təkliflərdən birini seçə bilərsiniz.
Hər zaman müraciətlərinizi, suallarınızı cavablandırmağa və sifarişlərinizi qəbul etməyə hazırıq. Zəhmət olmasa forumu dolduraraq müraciətinizi bizə göndərin.